İtkin düşən 18 yaşlı qız Tovuzdan tapıldı

  • Müəllif: Sənan
  • 25 May 2024 09:38

Cəlilabad rayonunda 8 gün əvvəl itkin düşən 18 yaşlı qız tapılıb.

Gununsesi.info -nun verdiyi xəbərə əsasən, rayon sakini N.Zeynalovanın mayın 17-də yaşadığı evdən çıxaraq naməlum istiqamətə getməsi ilə bağlı polisə müraciət daxil olub.

Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində onun Tovuz rayonunda olduğu müəyyən edilib. O, ailə qurmaq məqsədilə könüllü şəkildə getdiyini deyib.

Gununsesi.info