İzmirdə 76 qeyri-qanuni immiqrant tutulub

  • By Admin2
  • 25 Dekabr 2024 10:08

İzmirin Seferihisar və Karaburun rayonları sahillərində 40-ı uşaq olmaqla 76 qeyri-qanuni immiqrant Sahil Mühafizəsi qrupları tərəfindən yaxalanıb.

Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, İzmir Sahil Mühafizə Komandanlığı qrupları dünən saat 09.00-da Seferihisar rayonu və 09.10-da Karaburun rayonu sahillərində qanunsuz immiqrantların olduğu 2 rezin qayıq aşkarlayıb.

Qruplar hərəkətə keçərək 2 fərqli rezin qayıqda 40-ı uşaq olmaqla ümumilikdə 76 qeyri-qanuni immiqrantı yaxalayıb.

Sahilə çıxarılan qeyri-qanuni immiqrantlar əməliyyatlarının ardından İl İmmiqrasiya İdarəsi Müdirliyinə göndərilib.

Orxan Saffari

Gununsesi.info