Jurnalist: “İki prezidentin Azərbaycan türkcəsində söhbəti o qədər şirindir ki, insan bitməsini istəmir”

  • Müəllif: Orxan
  • 01 Sentyabr 2026 10:20

Jurnalist, Globalinfo.az-ın təsisçisi və baş redaktoru Azər Ayxan İran Prezidenti ilə Azərbaycan Prezidenti arasında baş tutan söhbətdə Azərbaycan türkcəsindən istifadə olunmasına diqqət çəkib.

Gununsesi.info-nun xəbərinə görə, Azər Ayxan bildirib ki, iki prezidentin öz ana dillərində – Azərbaycan türkcəsində danışması görüşə xüsusi rəng qatıb:

“Məsələni gözəlləşdirən həm də nədir, bilirsiniz? İran prezidenti ilə Azərbaycan prezidenti aralarında öz ana dillərində – Azərbaycan türkcəsində danışırlar. Bu dialoq o qədər şirin, canayatımlıdır ki, bütün diplomatik etiketlər, protokollar onun kölgəsində qalır. İnsan, bitməsini istəmir bu söhbətin”.

Azər Ayxan Azərbaycan türkcəsinin axıcılığını da vurğulayıb:

“Su kimi axıcıdır dilimiz. Azərbaycan türkcəsində gözəl bir deyim (alqış) var: “Su qədər ömrün olsun”. Bir başqa deyim isə belədir: “Su axar, çuxurunu tapar”.

Jurnalist fikirlərini “Əminik. İnanırıq. Çalışırıq…” sözləri ilə yekunlaşdırıb.

Elmar

Gununsesi.info