“Kəlbəcərin azad olunması Azərbaycanın yaralarının sağalmasının başlanğıcıdır” - FOTO

  • By admin
  • 15 Noyabr 2020 13:44

Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye Azərbaycan xalqını təbrik edib.

Gununsesi.info xəbər verir ki, o, bu barədə “Twitter” hesabında paylaşım edib.

“Kəlbəcərin işğaldan azad olunması münasibətilə Azərbaycanı təbrik edirəm. Bu, Azərbaycanın bütövləşməsinin və yaraların sağalmasının başlanğıcıdır. Yaşasın Azərbaycan-Pakistan dostluğu”, – deyə o qeyd edib.

Gununsesi.info