Kamran Əliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Baş prokuror Kamran Əliyev təltif edilib.

Gununsesi.info xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Kamran Əliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Qeyd edək ki, Kamran Əliyev ötən gün 60 yaşını qeyd edib.

 

 

Gununsesi.info