Kanadada 4,6 bal gücündə zəlzələ oldu

  • By admin
  • 14 İyun 2022 09:46

Kanadanın Britaniya Kolumbiyası vilayətində 4,6 bal gücündə zəlzələ qeydə alınıb.

Gununsesi.info-nun xəbərinə  görə, bu barədə Kanadanın Zəlzələ İzləmə Dövlət Xidməti bildirib.

Yeraltı təkanların ocağı 5 km dərinlikdə, episentri isə Port Hardi yaşayış məntəqəsindən 190 km qərbdə yerləşib. Xəsarət alan və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi yoxdur.

Gununsesi.info