Karantini pozan idman zalının icarədarı 4000, müştərilər 200 manat CƏRİMƏLƏNDİ

  • By admin
  • 05 May 2021 10:29

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar keçirilən nəzarət tədbirləri zamanı fəaliyyətinə icazə verilməyən idman zalı aşkar edilib.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, keçirilən nəzarət-profilaktik tədbirlər zamanı 9-cu mikrorayon M.Cəlal küçəsində yerləşən “Sparta” idman zalının xüsusi karantin rejiminin tələblərini pozaraq gizli fəaliyyət göstərməsi müəyyən edilib. Ümumilikdə xüsusi karantin rejimi qaydalarının tələblərinə əməl etməyən 13 nəfər aşkar edilib.

Karantin rejiminin tələblərini pozduqlarına görə İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq obyektin icarədarı 4000 manat, digərləri barəsində isə 200 manat inzibati tənbeh tədbirləri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir

Gununsesi.info