Kiyevdə dəhşətli döyüşlər olacaq - Britaniya kəşfiyyatı açıqladı

  • By admin
  • 31 Mart 2022 10:52

“Rusiya qüvvələri məhdud sayda bölmələrin çıxarılmasına baxmayaraq, Kiyevin şərqində və qərbində mövqelərini saxlamağa davam edir. Yaxın günlərdə şəhərin kənarında şiddətli döyüşlərin baş verəcəyi ehtimal edilir”.

Gununsesi.info xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq məlumat yayıb.

Bildirilib ki, Rusiyanın Ukraynanın Çerniqov şəhəri ətrafında hərbi fəaliyyəti azaltmaq niyyəti ilə bağlı bəyanatlarına baxmayaraq, şəhərə artilleriya və raket zərbələri davam edir.

Britaniya MN açıqlayıb ki, Rusiya qüvvələrinin əsas hədəfi olan Mariupolda şiddətli döyüşlər gedir, lakin Ukrayna qüvvələri şəhərin mərkəzini nəzarətdə saxlayırlar.

Gununsesi.info