Kolleclərin boş qalan yerlərinə qeydiyyat başlayır

  • Müəllif: Firuzə
  • 01 Oktyabr 2025 16:17

Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə əlavə yerləşdirmə nəticəsində qəbul olunanlar üçün qeydiyyat prosesinə 2 oktyabr saat 11:00-da start veriləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Elm və Təshil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, namizədlər https://portal.edu.az/ üzərindən “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Elektron sistem üzrə qeydiyyat 9 oktyabr saat 18:00-da yekunlaşacaq.

Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

 

Gununsesi.info