Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib

  • Müəllif: Firuzə
  • 01 Oktyabr 2025 16:10

Türkiyə İsraillə ticarət əlaqələrini bir il yarım əvvəl tam kəsib.

Gununsesi.info-nun Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı bildirib.

Ərdoğanın sözlərinə görə, Türkiyə Qəzzada sülhün bərqərar olması üçün səylərini davam etdirəcək.

O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampla görüşdə Qəzza məsələsi gündəlikdə ilk sırada olub.

 

Gununsesi.info