Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov və parlamentin deputatı Vüqar Rəhimzadə avqustun 13-də Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərinə səfər edəcəklər.
Gununsesi.info-nun məlumatına görə, səfər zamanı deputatlar “Müstəqil Özbəkistan – inkişaf yolunun 35 ili: islahatlar, nəticələr və perspektivlər” mövzusunda keçiriləcək beynəlxalq elmi-praktiki konfransda iştirak edəcəklər.
Tədbir çərçivəsində onlar həmçinin İslam Sivilizasiyası Mərkəzində Özbəkistanın tarixi, mədəni və elmi irsinin qorunması, öyrənilməsi və təbliğinə həsr olunmuş təqdimatla tanış olacaq, Səmərqəndin tarixi və mədəni abidələrini ziyarət edəcəklər.
Qeyd edək ki, səfər avqustun 16-da başa çatacaq.












