Çexiya prezidenti Pavel “kommunist təbliğatını” cinayət məsuliyyətinə cəlb edən qanunu imzalayıb. Qanunu pozanları 5 ilə qədər həbs gözləyir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Çexiya prezidenti Petr Pavel cinayət məcəlləsinə “kommunist ideologiyasını yaymaq məqsədilə aparılan təbliğatı” nasist təbliğatı ilə eyniləşdirən düzəliş imzalayıb.
Praqa Beynəlxalq Radiosunun məlumatına görə, prezident Pavel müvafiq cinayət məcəlləsinə dəyişiklikləri nəzərdə tutan düzəlişi imzalayıb.
Yenidən işlənmiş qanuna əsasən, insan hüquq və azadlıqlarının boğulmasına və ya etnik, milli, dini və ya sinfi ədavətin qızışdırılmasına yönəlmiş nasist, kommunist və ya digər hərəkatları yaradan, dəstəkləyən və ya təbliğ edən şəxsləri 5 ilədək həbs cəzası gözləyir.
Qanun əvvəllər nasist təbliğatını qadağan edirdi, lakin yenidən baxılma kommunizmi yaymaq məqsədi ilə aparılan təbliğatı nasist təbliğatı ilə eyniləşdirir.
Orxan










