Konqoda minaatan hücumu: 19 ölü, 27 yaralı

  • By admin
  • 26 Yanvar 2024 15:55

Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Şimali-Kivu əyalətində üsyançı qrupun minaatanlarla həyata keçirdiyi hücumda ən azı 19 mülki şəxs həyatını itirib, 27 mülki şəxs isə yaralanıb.

Gununsesi.info xəbər verir ki, ölkədə ordu ilə üsyançı qrup arasında qarşıdurmaların davam etdiyi məlum olub.

KDC ordusunun Şimali Kivu sözçüsü, polkovnik-leytenant Ndjike Kaiko Guillaume hücumdan sonra verdiyi açıqlamada, “23 Mart Hərəkatı (M23)” adlı üsyançı qrup üzvlərinin Mveso qəsəbəsinə 120 minaatan mərmisi atdığını bildirib.

2012-ci ildə ölkədə hücumlara başlayan və Şimali Kivuda fəaliyyət göstərən M23 bir çox irəliləyişlərdən sonra Birləşmiş Millətlər (BMT) qüvvələri tərəfindən dəf edilib. Qrupa Ruanda vətəndaş müharibəsində Ruanda Xalqsevər Cəbhəsi üçün vuruşmuş Sultani Makenqa rəhbərlik edir.

Gununsesi.info