Koronavirusa yoluxanların 24 faizi REANİMASİYADADIR

  • By admin
  • 11 Yanvar 2022 10:46

Koronavirusun yayıldığı ilk illərdə virusa yoluxan xəstələr daha çox nəfəs darlığından və boğulmalardan şikayət edərək, həkimə müraciət edirdilər. Zamanla mutasiyaya uğrayan virusun əlamətlərində bəzi dəyişikliklər müşahidə olunur.

İki ildən sonra müraciət edənlər arasında hazırda daha çox hansı şikayətlərə çox rast gəlinir və TƏBİB -in nəzdində olan xəstəxanaların reanimasiya şöbəsində neçə ağır koronavirus xəstəsi var?

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, koronavirusun yayılmasından iki ildən artıq vaxt keçməsinə baxmayaraq, hazırda daxil olan müraciətlərin əlamətlərində hansısa dəyişiklik yoxdur:

“Ümumilikdə pandemiya müəssisələrindəki xəstələrin 24%-i reanimasiya şöbəsində müalicə alırlar”.

Qeyd edək ki, ötən günə olan statistikaya əsasən, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 329 yeni yoluxma faktı qeydə alınıb, 358 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib. Hazırda ölkədə aktiv xəstə sayı 7187 nəfərdir.

Gununsesi.info