Kreml Fransanı müharibəni qızışdırmaqda ittiham etdi

  • Müəllif: Firuzə
  • 18 Noyabr 2025 14:20

Fransa hakimiyyəti Kiyevi silahlandırmaqda və müharibə tərəfdarı əhval-ruhiyyəni gücləndirməkdə davam edir.

Gununsesi.info  xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Parisin Kiyevə 100 “Rafale” qırıcısı tədarük etmək planlarını müzakirə edərkən deyib.

“Fransa bunu indi edir və sabah da etməyi planlaşdırır. Təəssüf ki, Paris heç bir şəkildə sülh işinə töhfə vermir”, – Kreml sözçüsü vurğulayıb.

 

Gununsesi.info