Lalə Şövkətin səhhəti pisləşdi

  • By admin
  • 20 Avqust 2020 19:52

Azərbaycan Liberal Partiyasının lideri, professor Lalə Şövkətin səhhətində ciddi problemlər yaranıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə partiyanın sədri Əvəz Temirxan bildirib.

 

O deyib ki, Lalə Şövkət  ciddi cərrahiyyə əməliyyatı ərəfəsindədir.

 

“Biz Liberal Partiyanın üzvləri Azərbaycan siyasətində dürüstlük və mərdlik simvoluna çevrilən Lalə Şövkət xanıma şəfa diləyirik. Biz hamımız bu günlərdə Allaha dua edirik ki, bu çətin sınaqdan uğurla keçsin. Biz, Liberal Partiyanın üzvləri Lalə Şövkət xanıma ancaq lider kimi yox, həm Ana kimi baxırıq, ona görə sevgimiz və bağlılığımız çox güclüdür. Allah onu bizə bağışlasın!”.

 

 

Gununsesi.info