Lavrovla Ayvazyanın görüşü başladı

  • By admin
  • 06 May 2021 11:02

Ermənistanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrovun erməni həmkarı Ara Ayvazyanla görüşü başlayıb.

Gununsesi.info  “TASS”a istinadən məlumatına görə, görüş İrəvanın mərkəzindəki Xarici İşlər Nazirliyi binasında keçirilir.

Ayvazyanla danışıqlardan sonra Rusiya XİN rəhbəri Baş nazir Nikol Paşinyanla da görüşəcək.

Qeyd edək ki, Lavrov 10-11 may tarixlərində Bakıya işgüzar səfər edəcək.