Livan erməniləri azərbaycanlı deputatın Şuşadakı evinə köçürüldü

  • By admin
  • 17 Sentyabr 2020 11:28

“Son günlər Livan ermənilərinin Şuşaya köçürülməsi həyata keçirilir. Mən öz yaşadığımız evə ermənilərin köçürüldüyünü gördüm və bu, məni çox məyus etdi”. 

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat, Qarabağın azərbaycanlı icmasının sədri Tural Gəncəliyev deyib.

Deputat qeyd edib ki, Livandakı ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi beynəlxalq cinayətdir.

Tural Gəncəliyevin sözlərinə görə, digər tərəfdən, biz beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərin sayını artırmalıyıq:

“Biz Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi ilə birgə bu görüşləri, əməkdaşlığl genişləndirməliyik”.

Gununsesi.info