Livan ermənilərinin Qarabağa köçü BAŞLADI – RƏSMİ BAKINI QƏZƏBLƏNDİRƏCƏK ADDIM

  • By admin
  • 13 Avqust 2020 18:18

Ermənistan Beyrutdakı partlayışı fürsət bilərək Livan ermənilərinin kütləvi köçünü təşkil edib.

Gununsesi.org Modern.az-A istinadən xəbər verir ki, Livana humanitar yardım daşıyan təyyarələr Yerevana geri qaydarkən köçməyə razılıq verən erməniləri də göyərtəsinə götürür.

Ermənistan baş nazirinin müavini Tiqran Avinyan ilk 2 reysdə 56 nəfərin, sonuncu reys zamanı isə daha 45 Livan ermənisinin Yerevana gətirildiyini bildirib.

O köç prosesinin davam edəcəyini və Livan ermənilərinin Ermənistan pasportu alması üçün prosedurun maksimum sadələşdirildiyini də əlavə edib.

Xatırladaq ki, köçürülən ermənilərin bir hissəsinin Azərbaycanın işğal altındakı Qarabağda yerləşdirilməsi planlaşdırılır.

Gununsesi.org