Livan təhlükəsizlik xidməti paytaxtda pirotexnikanın partlaması versiyasını təkzib edib

  • By admin
  • 04 Avqust 2020 21:46

Livanın Ümumi Təhlükəsizlik Xidmətinin rəhbəri general Abbas İbrahim Beyrut limanında baş vermiş partlayışın pirotexnika anbarında qeydə alınması versiyasını təkzib edib.

Gununsesi.info “RİA Novosti”yə istinadən xəbər verir ki, o bunun uzun müddət ərazidə saxlanılan digər partlayıcı maddələr olduğunu bildirib.

“Baş verənlər pirotexnika partlaması deyil, uzun müddət ərazidə saxlanılan digər partlamağa qadir maddələrdir”, – təhlükəsizlik xidmətinin rəhbəri belə deyib.

 

 

Gununsesi.info