Lukaşenko ABŞ-nin NATO-dan niyə çıxmayacağını izah etdi

  • By Admin2
  • 20 Aprel 2026 17:20

ABŞ Prezidenti Donald Tramp radikal qərarlar qəbul etsə belə, NATO mövcudluğunu qoruyub saxlayacaq.

Gununsesi.info xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko RT-yə verdiyi müsahibədə bildirib.

“Tramp NATO-nun bitdiyinə qərar versə belə, onu həyata keçirmək üçün kifayət qədər vaxtı olmayacaq. Başqa insanlar da gəlib NATO-nu xilas edəcəklər”, – deyə o qeyd edib.

Lukaşenkonun sözlərinə görə, həm Tramp, həm də onun ətrafı NATO-nun ABŞ üçün əsas strateji dayaq nöqtəsi olduğunu başa düşür.

Orxan

Gununsesi.info