“Lukoil” Gunvordan xarici aktivləri üzrə təklif alıb

  • Müəllif: Firuzə
  • 30 Oktyabr 2025 11:44

Rusiyanın “Lukoil” şirkəti Gunvor şirkətindən xarici aktivlərini əldə etmək təklifi alıb.

Gununsesi.info-nun Moskva bürosu xəbər verir ki, bu barədə “Lukoil”dən bildirilib.

Bildirilib ki, Gunvor Group Ltd. şirkəti LUKOIL International GmbH şirkətinin 100%-ni əldə etməyi təklif edib. Lukoil və Gunvor arasındakı razılaşmanın əsas şərtləri əvvəlcədən razılaşdırılıb.

Qeyd edək ki, ABŞ-ın “Lukoil” və “Rosneft”ə sanksiya tətbiq etməsindən sonra “Lukoil” xarici aktivlərini satmaq qərarına gəldiyini açıqlayıb.

 

Gununsesi.info