“Məni indi məmləkətimdə ölü bilirlər…” -VİDEO

FHN-in xilasediciləri dağıntılar altında 120 saat qalmış qadını xilas ediblər.

Gununsesi.info  xəbər verir ki, FHN-in xilasedicilərinin fədakarlığı və peşəkarlığı sayəsində zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində çox mürəkkəb və riskli xilasetmə əməliyyatı nəticəsində dağıntılar altında 120 saat qalmış 50 yaşlı Fatma adlı qadın sağ xilas olunub.

Qadın xilas edilən zaman təsirli sözlər deyib: “Məni indi məmləkətimdə ölü bilirlər… 2 gün öncə cənazəm olub, heç xəbərim yoxdur”.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

Gununsesi.info