Məşhur idmançımız da döyüşə yollandı

  • By admin
  • 29 Sentyabr 2020 21:44

 

 

Azərbaycan bayrağını dünyanın dörd bir yanında öz qələbələri ilə ucaldan məşhur idmançımız Tofiq Musayev cəbhəyə yollanıb.

Bu barədə Gununsesi.info-ya Tofiq Musayevin dostu jurnalist  Pərviz Həşimli bildirib.

Onun sözlırinə görə, Tofiq Musayev Tovuz hadisələrindən sonra orduya könüllü yazılıb.

Qeyd edək ki, Tofiq 2007-2011 İdman Akademiyasını bitirmişdir. Kunq-fuSanda üzrə dünya çempionu, MMA üzrə dünya, avropa və dəfələrlə Avrasiya çempionu olmuşdur.

Gununsesi.info