Macarıstan Ukraynaya 187 milyon avro yardım ayıracaq

  • By admin
  • 24 Noyabr 2022 12:49

Avropa İttifaqının 2023-cü il üçün planlaşdırdığı 18 milyard avro dəyərində maliyyə dəstəyi paketinə töhfə olaraq Macarıstan Ukraynaya 187 milyon avro maliyyə yardımı göstərəcək.

Gununsesi.info “Reuters”ə istinadən xəbər verir ki, bu barədə hökumətin qərarlarının dərc olunduğu saytda bildirilib.

 

Baş nazir Viktor Orban hökuməti bildirib ki, o, Ukraynaya maliyyə dəstəyi ilə bağlı öz payını ödəməyə hazırdır, lakin bunu Aİ-nin birgə maliyyə dəstəyi çərçivəsində deyil, ikitərəfli şəkildə ödəməyə üstünlük verir.

Orbanın imzaladığı fərmanda həmçinin deyilir ki, Macarıstanın xarici işlər naziri Peter Siyarto maliyyə yardımına dair lazım olan sazişin hazırlanması üçün Ukrayna ilə danışıqlara başlamalıdır.

Gununsesi.info