Mahir Emreli Polşadan ayrılıb

  • By admin
  • 20 Dekabr 2021 09:52

“Legiya” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşadan ayrılıb.

Gununsesi.info-nun məlumatına görə, 24 yaşlı hücumçu bu barədə instaqram hesabından paylaşım edib.

Forvard bu gecə Bakıya çatıb. Hava limanından foto paylaşan Emreli postda “family coming first” (“ailə birinci gəlir”) yazıb.

Qeyd edək ki, “Legiya” fanatları Ekstraklasanın XVIII turunda Plotsk “Visla”sına 0:1 hesablı məğlubiyyətdən sonra “Legiya”nın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmayıb. Hücumçunun Varşava təmsilçisindən ayrılacağı gözlənilir.

Gununsesi.info