Yeni ştam İrana da çatdı

  • By admin
  • 20 Dekabr 2021 09:48

İranda koronavirusun yeni “Omicron” ştamına ilk yoluxma halı qeydə alınıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyi yanında İnfeksion Xəstəliklərin Müalicəsi Mərkəzinin rəhbəri Məhəmməd Mehdi Quyya açıqlayıb.

HTML tutorial

Onun sözlərinə görə, yeni ştama yoluxmuş kişi bu yaxınlarda qonşu ölkələrin birindən İrana qayıdıb. O, söhbətin hansı qonşu ölkədən getdiyini bildirməyib.

Qeyd edək ki, “Omicron” ştamı 90-a yaxın ölkədə aşkar olunub.

Gununsesi.info