Paşinyan Ərdoğandan nə xahiş etdi?

  • By admin
  • 20 Dekabr 2021 09:43

“Türkiyə Böyük Millət Məclisində son çıxışımda da Ermənistan və Türkiyə arasında əlaqələrlə bağlı xüsusi nümayəndə təyin olunacağını demişdim və bu icra olundu. Ceyhun Bayramovla görüşümüzdə bu istiqamətdə də müzakirə apardıq”.

Gununsesi.info  xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Əfqanıstandakı humanitar vəziyyətlə bağlı İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Xarici İşlər Nazirləri Şurasının İslamabadda keçirilən fövqəladə iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən bu barədə bildirib.
M.Çavuşoğlu bir daha vurğulayıb ki, Türkiyə regional məsələlər, xüsusilə Cənubi Qafqaz mövzusunda Azərbaycanla birgə məsləhətləşmələr aparır və birgə qərarlar verir.
Nazir onu da qeyd edib ki, hazırda Ermənistanın hava yolları vasitəsilə Türkiyə ilə əlaqə qurması istiqamətində istəyinə də baxılır.

Gununsesi.info