Azərbaycan “Uşaq Avroviziyası”nda beşinci yeri tutdu -Video

  • By admin
  • 20 Dekabr 2021 09:36

Fransanın paytaxtı Parisdə “Uşaq Avroviziyası – 2021” mahnı müsabiqəsi keçirilib.

Gununsesi.info  xəbər verir ki, müsabiqənin qalibi Ermənistan təmsilçisi Malena olub.

O, “Qami, qami” mahnısını ifa etdiyinə görə 224 bal toplayıb.

Ölkəmizi müsabiqədə “One of those days” mahnısı ilə  təmsil edən Sona Əzizova 151 xalla beşinci yeri tutub.

Xatırladaq ki, Azərbaycan bundan əvvəl “Avroviziya Uşaq Mahnı Müsabiqəsi”ndə üç dəfə iştirak edərək 11, 7 və 16-cı yerlərin sahibi olub.

Gununsesi.info