“Rusiya Yaxın Şərq nizamlanması üzrə dialoqdan kənarda qala bilməz”.
Gununsesi.info xəbər verir ki, bunu Fələstin prezidenti Mahmud Abbas bildirib ki.
Fələstin liderinin sözlərinə görə, Moskva “həmişə sülh yolu ilə həll yolları axtarıb və axtarır” və buna görə də Fələstin-İsrail münaqişəsini “beynəlxalq hüquqa uyğun olaraq” deeskalasiya etməyə çalışır:“Fələstin heç bir halda Rusiyanın Yaxın Şərq nizamlanması prosesindən kənarda qalmasına razı olmayacaq. Rusiya bu məsələnin beynəlxalq hüquqa uyğun ədalətli həllinə çalışır”.
Bundan əvvəl Abbas Rusiyanın humanitar dəstəyinə ümid etdiyini bildirmişdi.
O, əlavə edib ki, Moskva “Fələstin xalqının ən əziz dostlarından biridir”.
Şəbnəm
Gununsesi.info