Makron bu gün ayətullah Sistani ilə görüşəcək

  • By admin
  • 02 Sentyabr 2020 14:31

Fransa Prezidenti Emmanuel Makron sentyabrın 2-də İraqa bir günlük səfər edib.

Gununsesi.info xəbər verir ki, məlumatı İraqda dərc olunan “Kulalakhbar” qəzeti yayıb.

Bildirilib ki, o, səfər çərçivəsində İraqın Baş Naziri Mustafa əl-Kazimi və dövlətin başqa rəsmiləri ilə görüşlər keçirib.

Məlumata görə, E.Makron səfər çərçivəsində şiə liderlərindən biri ayətullah Əli əs-Sistani ilə İraqın Nəcəf şəhərində görüşəcək.

Fransanın dövlət başçısı İraqın şimalına səfər etməyəcək. Bölgənin kürd liderlərini Bağdadda qəbul edəcək.

Qeyd edək ki, Emmanuel Makron İraqa Livandan gedib.

 

 

Gununsesi.info