Masallıda ad günü keçirənlər cərimələndi

  • By admin
  • 14 Mart 2021 13:29

Xüsusi karantin rejim qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, keçirilən növbəti tədbirlər zamanı Masallı şəhər sakini Söhrab Məmmədovun karantin rejiminin qaydalarını pozaraq şəhərdəki restoranlardan birində ad günü məclisi təşkil etdiyi müəyyən edilib.