
Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Milli Məclisin deputatları – Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət komitəsinin sədri Tahir Mirkişili, Məşhur Məmmədov, Anar İsgəndərov, Cavanşir Paşazadə, Musa Qasımlı, Razi Nurullayev, ictimaiyyət və media nümayəndələri iştirak edərək yeni, genişləndirilmiş akt zalı ilə tanış oldular.
Tennis zalı da Heydər Əliyev Fondunun təşəbbüsü və millət vəkili Məşhur Məmmədovun maliyyə dəstəyi ilə ərsəyə gəlib. Azərbaycan Respublikası Tennis Federasiyası Masallı Filialının açılışında yuxarıda adıçəkilən şəxslərlə yanaşı Heydər Əliyev Fondunun nümayəndəsi Ceyhun Aslanov, Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Elmar İslam, Azərbaycan Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əlimusa Mirzəyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi. Mərasimin sonunda çıxış edən Bakı İdman Akademiyasının tələbəsi, əslən Masallı rayonunun Qızılağac kəndinən olan Yasəmən Məcidli və rayonun digər sakinləri övladlarının asudə vaxtlarının səmərəli keçirilməsi üçün yaratdıqları şəraitə görə təşkilatçılara və icraçılara təşəkkürlərini bildirdilər.
Sonda tədbir iştirakçıları binada yaradılmış şəraitlə tanış oldular.
Sözügedən körpələr evi – uşaq bağçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə Masallıdan olan iş adamları Mədinə xanım Şahbazova və Məntiq Şahbazovun maliyyə dəstəyi ilə tikilərək istifadəyə verilib. 140 yerlik ikimərtəbəli bina 8 qrupdan ibarətdir. Yeməkxana, musiqi zalları, yataq, oyun otaqları olan baxça hər cür avadanlıqa təchiz olunub. Bir sözlə, burada uşaqların təlim-tərbiyəsi, əylənməsi üşün hər cür şərait yaradılıb.
Sonuncu dayanacağımız rayonun Ərkivan qəsəbəsində uşaq bağçasının açılışı mərasimi idi. Heydər Əliyev Fondunun təşəbbüsü və rayon sahibkarları SSRİ idman ustası Məşkur Qasımov, iş adamı Qalib Məmmədovun maliyyə dəstəyi ilə yeni inşa edilmiş 100 yerlik Ərkivan qəsəbə uşaq bağçasının açılışı mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Milli Məclisin deputatları Tahir Mirikişili, Məşhur Məmmədov, Musa Qasımlı, Anar İsgəndərov, Razi Nurullayev, SSRİ idman ustası Məşkur Qasımov, iş adamı Qalib Məmmədov, din xadimi Mirkərim Əliyev və başqaları iştirak və çıxış etdilər
Sonda tədbir iştirakçıları binada yaradılmış şəraitlə tanış oldular, uşaqların hazırladığı bədii hissəni maraqla dinlədilər.
Masallıdan xoş təəssüratlarla qayıtdıq. Sevindirici haldır ki, Masallıdan olan iş adamları ölkədə sahibkarlara yaradılan münbit şəraitdən bəhrələnərək öz bizneslərini genişləndirməklə yanaşı, regionlarının sosial-iqtisadi inkişafına da töfhə verir, qeyri-neft sektorunun inkişafına vəsilə olurlar. Digər rayonların sahibkarlarından da bu ənənənin davam etdirilməsini işıqlandırmaq ümidi ilə…












































