Masazırda 32 yaşlı kişi dostunu bıçaqladı

  • By Ayshan
  • 14 Noyabr 2025 21:59

Abşeron rayonunda 1993-cü il təvəllüdlü Gündüz şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı dostu Elvini bıçaqlayıb. 

Gununsesi.info Demokrat.az-a istinadən xəbər verir ki,  hadisə rayonun Masazır qəsəbəsində baş verib. Balakən rayon sakini Gündüz tanışı Qoşqarla birlikdə kirayədə yaşadığı “Qurtuluş-93” yaşayış kompleksi, 37-ci binadakı 20 nömrəli mənzilinə gələn Elvinin sərxoş vəziyyətdə olduğunu, gecə vaxtı ucadan danışmaqla narahatlıq yaratdığını görüb.

O, iradını bildirməklə, evin həyətinə çıxdıqdan sonra iradını qəbul etməyib. Onlar birlikdə evin həyətinə çıxıblar. Gündüz bıçaqla Elvinin qarın nahiyəsinə bir dəfə vurub.

Hadisəni törədən Gündüzün barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Qoşqar və o birlikdə yaşayıblar: “Elvin həm dostum, həm də iş yoldaşım olub. Tez-tez bizə gəlib-gedib. Bir gün bizə  içkili vəziyyətdə gəldi. Ona dediyim söz xoşuna gəlmədi. Aramızda mübahisə başladı. Mənim Elvini vurmaq fikrim olmayıb, bıçağı sağa-sola hərəkət etmişəm ki, məndən uzağa getsin. Elvinlə birlikdə çörək kəsmişik, birlikdə işləmişik. Törətdiyim əməldən peşmanam”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Gündüzün barəsində Cinayət Məcəlləsinin 70.1-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.

Gununsesi.info