“Mehdiabaddan şəhər mərkəzinə qədər tramvay xətti müzakirə olunur” -“Bakı Metropoliteni”nin sədri

“Tramvay da uzun müddətdir müzakirə olunan mövzulardan biridir. 2025–2030-cu illər üzrə dövlət proqramında tramvayla bağlı xüsusi müddəalar qeyd olunub”.

Gununsesi.info bildirir ki, bunu Bakı Metropoliteninin Qapalı Səhmdar Cəmiyyətinin sədri Vüsal Aslanov “Trend”ə və ATV-yə verdiyi müsahibəsində deyib:

“Hazırda tramvayın konseptual planı hazırlanıb. Bakı şəhərində beş müxtəlif istiqamət üzrə gələcək tramvay xətlərinin salınması nəzərdə tutulur”.

Vüsal Aslanov  əlavə edib ki, ümumilikdə Bakı şəhərinin nəqliyyat həllindən danışarkən şəhərin mobillik planı əsas götürülür.

“Digər nəqliyyat növləri ilə əlaqəli şəkildə metro infrastrukturu, avtobus xətləri və dəmir yolu şəbəkəsi nəzərə alınır. Bu sistemlərin hamısı təhlil edilərək əhalinin sıx məskunlaşdığı və ictimai nəqliyyata çıxışı məhdud olan ərazilərə tramvay xəttinin çəkilməsi ilkin proqramda əksini tapıb.

İlkin mərhələdə Mehdiabad ərazisindən Bakı şəhərinin mərkəzinə qədər müxtəlif alternativ variantlar müzakirə olunur və tramvay xəttinin salınması planlaşdırılır”.

 

 

Şəbnəm

Gununsesi.info