Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına “stop” qoyulub - ÖZƏL

  • By admin
  • 17 Oktyabr 2025 15:35

Barəsində Cinayət Məcəlləsinin bir sıra maddələri ilə cinayət işi açılan Prezident Aministrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin bütün ailə üzvlərinin ölkədən çıxışına məhdudiyyət qoyulub.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, bunlar Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva, oğlu Timur Mehdiyev, qızı Kamilə Əliyevadır.

Məlumatda, həmçinin Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevin də ölkədən çıxışına qadağa qoyulduğu deyilir.

 

 Elmar

Gununsesi.info