Mehdiyevin nəvəsinin toyuna gedən daha 17 nəfər cərimələndi

  • Müəllif: admin
  • 23 Avqust 2020 15:30

AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən daha bir qrup şəxs cəzalandırılıb. 

Gununsesi.info xəbər verir ki, həmin məclisdə iştirak edən digər şəxslər polis əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə cərimə ediliblər.

Cəzalandırılanlar arasında tanınmış şəxslər də var. Belə ki, məclisə qatılan müğənni Azad Şabanov, fotoqraf Rəşid Cəbrayılov, saksafonçu Teymur Süleymanbəyli də cərimə olunublar.



 

 

 

Gununsesi.info