Mehman Hüseynov xərçəngə qalib gəldi - FOTO

  • By admin
  • 11 Sentyabr 2020 17:02

Hazırda İsveçrədə olan tanınmış blogger, keçmiş siyasi məhbus Mehman Hüseynovun cərrahiyə əməliyyatı uğurlu keçib.

Bu barədə Gununsesi.info-ya bloggerin qardaşı Emin Hüseynov məlumat verib. Onun sözlərinə görə, dünən keçirilən 10 saatlıq əməliyyat nəticəsində Mehman Hüseynovun diz nahiyəsindəki şiş götürülüb:

” Beləliklə, Mehmanın əməliyyatı uğurlu keçdi, o, xərçəngə qalib gəldi. Burada bir müddət müalicəsini davam etdirdikdən sonra yenidən Azərbaycana qayıdacaq”.

Gununsesi.info