Mehriban Əliyevadan Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı PAYLAŞIM

  • By admin
  • 31 Mart 2022 11:20

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı rəsmi instaqram səhifəsində paylaşım edib.

Gununsesi.info xəbər verir ki, paylaşımda deyilir:

“Azərbaycan xalqı günahsız soydaşlarımızın qətlə yetirildiyi faciələri heç zaman unutmayacaq! Biz o dəhşətli hadisələr haqqında həqiqətləri təhrif olunma cəhdlərindən hər zaman qoruyacağıq. 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törədilmiş soyqırımı qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Gununsesi.info