Meyit donorlarla bağlı YENİ QƏRAR

  • By admin
  • 06 Sentyabr 2022 19:33

Meyit donordan transplantasiya məqsədilə orqanlar götürülərkən bir neçə cərrahiyyə briqadasının eyni vaxtda və ya ardıcıl şəkildə işləməsinə yol verilir.

Gununsesi.info xəbər verir ki, bu, Nazirlər Kabinetininm təsdiq etdiyi “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması və transplantasiyası Qaydası”nda öz əksini tapıb.

Qeyd olunub ki, canlı və meyit donordan donor orqanların götürülməsi yalnız həkim-transplantoloqların reyestrinə daxil edilmiş həkim mütəxəssislər tərəfindən aparılır.

Meyit donordan donor orqanların transplantasiya məqsədilə götürülməsi başa çatdıqdan sonra donorun bədənindən götürülmüş hər bir orqanla bağlı forması Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş 3 nüsxədə akt tərtib edilir, bir nüsxəsi donor orqanların götürülməsinin həyata keçirildiyi tibb müəssisəsində saxlanılır, bir nüsxəsi donor orqanla birlikdə resipiyentin olduğu və transplantasiyasının həyata keçiriləcəyi tibb müəssisəsinə, digər nüsxəsi isə “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi”nə göndərilir.

Donor orqanların götürülməsi zamanı onun zədələnməsi və ya transplantasiya məqsədilə istifadəsini mümkünsüz edən digər hallar baş verdikdə bu barədə akta qeyd edilir.

Donor orqan səyyar cərrahiyyə briqadası tərəfindən götürüldükdə donor orqanların götürülməsi haqqında aktın dördüncü nüsxəsi də tərtib edilərək səyyar cərrahiyyə briqadasının aid olduğu tibb müəssisəsinin arxivində saxlanılır.

Gununsesi.info