Meyxana Rüfət Nasosnu Elcan Rəsulova cavab verdi

Aparıcı, aktyor Elcan Rəsulovun verilişlərin birində meyxana ilə bağlı səsləndirdiyi fikir müzakirələrə səbəb olub.

Gununsesi.info xəbər verir ki, məsələyə meyxanaçılar da münasibət bildirib.

Meyxanaçı Rüfət Nasosnu bildirib ki, Elcan Rəsulov deyir, şabaş pulu haramdır, çünki içkili adam verir. Spirtli içki nağd haramdır, ancaq onu demir:

“Efirdə meyxana istəmirlər, amma Elton Hüseynəliyev desə olar. Meyxana deyən pis oxusa olmaz, oxuyan pis meyxana desə olar? Birdəfəlik “meyxana ilə mübarizə təşkilatı” yaradın, tanıyaq sizi”,- deyə o, həmçinin qeyd edib.

Elmar

Gununsesi.info