Milli Məclis Hesablama Palatası ilə bağlı məsələyə baxacaq

  • By admin
  • 13 Mart 2021 14:40

Milli Məclisin martın 16-da keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib.

Gununsesi.info xəbər verir ki, Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirə ediləcəyi iclasın gündəliyinə “Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında” qanun layihəsi də daxil edilib.

Bununla da gündəlikdəki məsələlərin sayı 2-yə çatıb.

Qeyd edək ki, parlamentin martın 16-da keçiriləcək iclasında Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılacaq. Hesabatı Baş nazir Əli Əsədovun təqdim edəcəyi gözlənilir.

Gununsesi.info