Milli Məclis İlham Əliyevi təbrik etdi

  • By admin
  • 16 Noyabr 2021 11:30

“Türk Dövlət Başçıları Şurasının qərarı ilə Azərbaycan Prezidenti İlham Əliyev Türk Dünyasının Ali Ordeni ilə təltif edilib. Bu münasibətlə dövlət başçısını təbrik edir və ona uğurlar arzulayırıq”.

Gununsesi.info-nun xəbərinə görə, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Milli Məclisin deputatları da təbrikə qoşulub və Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsini alqışlayıblar.

Gununsesi.info