Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

  • By Günel
  • 10 İyun 2025 19:37

Milli Məclisin iyunun 13-də keçiriləcək növbədənkənar sessiya iclasının gündəliyi açıqlanıb.

Gununsesi.info xəbər verir ki, gündəliyə 12 məsələ daxil edilib.

Həmin məsələlər aşağıdakılardır:

1. “Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi.

2. Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş).

3. Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş).

4. Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

5. “Pasportlar haqqında” və “Dövlət qulluğu haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

6. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (ikinci oxunuş).

7. “İcra məmurları haqqında”, “İcra haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).

8. Vergi Məcəlləsində, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş).

9. “İstilik təchizatı haqqında” qanun layihəsi (ikinci oxunuş).

10. “Qaz təchizatı haqqında” qanun layihəsi (birinci oxunuş).

11. “Lisenziyalar və icazələr haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

12. “Elektroenergetika haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

Gununsesi.info