Milyonçu 20 il sərvətini oğlundan gizlədib

Çinli milyonçu 20 il ərzində öz ailə sərvətini doğma oğlundan gizlətməyi bacarıb.

 

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, milyonçunun 24 yaşlı oğlu  Zhang Zi Lu atasının 20 yaşına qədər var-dövləti barədə ona yalan danışdığını etiraf edib.

Onun sözlərinə görə, valideyni ona həyatda müstəqil şəkildə uğur qazanmaq və təvazökarlığı aşıladığı üçün həqiqəti ondan gizlədib.

51 yaşlı Zhang Yu Du hər il təxminən 600 milyon yuan (7,8 milyard rubl) dəyərində məhsul istehsal edən ləzzətli qəlyanaltılar hazırlayan Mala Prince şirkətinin yaradıcısı və prezidentidir.

 

Hunan əyalətində böyüyən milyonçu bu rayonun ən yaxşı məktəblərindən birinə daxil olur. Zhang böyüdükcə ailəsinin borclarını ödəməyə kömək  üçün aylıq təxminən altı min yuan (təxminən 78 min rubl) gəliri olan sabit bir iş tapmağı arzulayıb.

Universiteti bitirdikdən sonra atası ona sərvətlərindən danışıb və sonra ailə 10 milyon yuan (təxminən 130 milyon rubl) dəyərində malikanəyə köçüb. Daha sonra Zhang Zi Lu atasının şirkətinin ticarət bölməsində işləməyə başlayır.

Zhang Yu Duiddia edir ki, oğlu öz bacarıqlarını göstərə bilərsə o halda şirkəti oğluna miras qoyacaq.

“Sərvət məni xoşbəxt edir”- deyən gənc varis etiraf edib ki, o, maliyyə azadlığından həzz alır.

 

 

 

Şəbnəm

Gununsesi.info