Minaya düşən QHT əməkdaşının vəziyyəti açıqlanıb

1988-ci il təvəllüdlü şəxsin (kişi) müalicəsi Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.

Gununsesi.info xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Bərdə Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

“Partlayış travması, sağ ayağın aşağı 1/3 travmatik amputasiyası diaqnozları təyin edilən pasiyentin vəziyyəti stabil qiymətləndirilir”, – məlumatda qeyd olunub.

Gununsesi.info