Mingəçevirdə Müstəqilliyin bərpasının 30 illiyinə həsr olunmuş sərgi keçirilib - FOTOLAR

  • By admin
  • 19 Oktyabr 2021 09:07
18 Oktyabr – Müstəqilliyin bərpasının 30 illiyi münasibətilə Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində gənc istedadların  rəsmlərindən ibarət sərgi keçirilib. Sərgidə şəhərin Uşaq-gənclər inkişaf mərkəzi tərəfindən “Müstəqilliyimiz əbədidir” mövzusunda keçirilmiş müsabiqənin qaliblərinin rəsm əsərləri nümayiş olunub. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və Milli Məclis sədrinin birinci müavini, Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli də gənc rəssamların əl işlərinin nümayiş olunduğu sərgidə iştirak ediblər. Şəhər rəhbəri ilə parlamentin sədr müavinini  hüquq-mühafizə orqanlarının rəhbərləri və İcra Hakimiyyətinin rəsmi şəxsləri müşayət edirdilər.
Tədbir öncəsi,  İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli Mərkəzin önündə ucaldılmış ulu öndər Heydər Əliyevin möhtəşəm abidəsi önünə gül dəstələri qoydular. Sonra, Uşaq-gənclər inkişaf mərkəzinin yetirmələrinin ifasında Müstəqilliyin bərpasının 30 illiyinə həsr olunmuş əbədi-bədii kompozisiya səsləndirildi. İstedadlı uşaqların dilə gətirdiyi günün anlam və önəmini vurğulayan şeirlər tamaşaçılarda xoş ovqat yaratdı. Ardınca, sərgiyə baxış keçirildi, baxış boyu qonaqlara hər bir əsər barədə ətraflı məlumat verildi. Sərgidə nümayiş olunan əsərlər onların böyük marağına səbəb oldu.
 No description available.No description available.No description available.No description available.No description available.No description available.No description available.No description available.No description available.No description available.No description available.

Gununsesi.info