Mingəçevirdə avtomobil qəzası: Yaralı qadın xəstəxanaya çatdırılıb

  • Müəllif: Günel
  • 24 May 2025 13:14

Mingəçevirdə avtomobil piyada qadını vurub.

Gununsesi.info xəbər verir ki, hadisə Aydın Məmmədov küçəsində baş verib.

“VAZ 2106” markalı maşın yolu keçən 1981-ci il təvəllüdlü Abdullayeva Elnarə Seyfəddin qızını vurub.

Yaralı qadın xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info