Mingəçevirdə ər-arvad evdə ölü tapıldı Yeni detallar - YENİLƏNDİ

  • Müəllif: Günel
  • 06 İyun 2025 19:28

Mingəçevirdə evlərində ölü tapılan ailə ilə bağlı yeni detallar ortaya çıxıb.

Gununsesi.info xəbər verir ki, onların oğlu bir müddət əvvəl Rusiyada güllələlənibmiş.

Qız övladları isə ərdədir, öz ailəsi ilə yaşayır.

***

Mingəçevirdə faciəvi hadisə baş verib.

Gununsesi.info -nun  məlumatına görə hadisə şəhərin 20 Yanvar küçəsi, 6 nömrəli ünvanda qeydə alınıb.

Mənzildə 1961-ci il təvəllüdlü Babayev Mustafa və arvadı 1962-ci il təvəllüdlü Babayeva Sayalının meyitləri tapılıb. İlkin ehtimala əsasən, əvvəl qadın, daha sonra isə kişi dünyasını dəyişib. Hadisənin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info