Varis qanunla müəyyən edilmiş müddətdə notariat qaydasında mirasdan imtina etdikdə, bu hərəkət hüquqi nəticə yaradır və adətən geri qaytarılmır. Yəni şəxs sonradan fikrini dəyişib “mən yenə də mirası qəbul etmək istəyirəm” deyə bilməz.
Bu sözləri Gununsesi.info-ya hüquqşünas Şamil Paşayev deyib.
O bildirib ki, istisna hallar mövcuddur. Əgər sübut edilərsə ki, imtina aldatma nəticəsində verilib, hədə-qorxu altında edilib, zor tətbiq olunub və ya şəxsin iradəsini pozan digər hallar olub, onda məhkəmə həmin imtinanı etibarsız hesab edə bilər. Bir sözlə, mirasdan imtina ciddi hüquqi qərardır. Adi peşmançılıq və ya sonradan fikrin dəyişməsi imtinanı ləğv etmək üçün kifayət etmir. Bunun üçün hüquqi əsaslar və məhkəmə qərarı tələb oluna bilər.
Elmar
Gununsesi.info











